Formula-1 üzrə 7 qat dünya çempionu Lyuis Hemilton növbəti dəfə Şakira ilə birlikdə görüntülənib. Sport24.az xəbər verir ki, "Nersedes''in ulduz pilotu bazar günü baş tutan Barselona Qran-prisindən sonra dünyaca ünlü kolumbiyalı pop müğənni ilə birlikdə şam edib.
Onlar dostlarının əhatəsində olublar. Son dönəmlərdə Hemilton ilə Şakira arasında sevgi münasibətlərinin olması barədə xəbərlər səngimək bilmir. İkili daha öncə Mayamidə yaxtaların birində yenə də tanışlarının əhatəsində, eləcə də restoranlardan birində görüntülənmişdi. Onlardan heç biri hələ ki, münasibətləri ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, Hemilton Barselona Qran-prisini 2-ci pillədə başa vuraraq bu mövsümkü ən yaxşı nəticəsini təkrarladı. O, daha öncə Avstraliya etapını da 2-ci pillədə tamamlamışdı. Şəxsi birincilikdə isə Hemilton 4-cü pillədə qərarlaşıb.