"Formula-1" üzrə Azərbaycan Qran-prisi çərçivəsində keçirilən "Formula-2" yarışının qalibləri mükafatlandırılıb. Sport24.az xəbər verir ki, mükafatları gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.
"TRIDENT" komandasının pilotu Riçard Verskoor yarışın qalibi olub. "Art Grand Prix"dən Viktor Martins ikinci, "Prema Racing"dən Andrea Kimi Antonelli üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, "Formula-1 Azərbaycan Qran-prisinə sentyabrın 13-də start verilib.