Barselona Qran-prisi gözlənildiyi kimi, Maks Ferstappenin hegemonluğu ilə keçbi. Sport24.az xəbər verir ki, özü də ''Red Bull'' pilotu böyük dəbilqə qazanlb.

Yəni, təsnifatda pol qazanıb yarışa birinci başlayıb, əvvəldən sona qədər liderliyi əldən verməyib, üstəlik, yarışın ən sürətli dövrəsinin də sahibi olub.

Ferstappen karyerasında 3-cü dəfə bu uğura nail olub. İkiqat dünya çempionu daha öncə bu uğuru 2021-də Avstriyada və 2022-də Emiliya-Romanyidə yaşamışdı. Maks bu göstəricidə üçqat dünya çempionu Nelson Pike ilə bərabərləşib. Lider Cimm Klarkdı (8). Karyerasını davam etdirənlər arasında isə Lüis Hemiltondu (6).

Ferstappen həm də karyerasının 40-cı qələbəsini qazandı. Onu üçqat dünya çempionu Ayrton Sennanın göstəricisindən cəmi 1 qələbə ayırır. Maks ''Formula-1'' tarixində 40 qələbə həddinə çatan cəmi 6-cı pilot olub. İlk 3 pillədə Lyuis Hemilton (103), Mixael Şumaxer (91) və Sebastyan Fettel (53) qərarlaşıb.

Onu da bildirək ki, Barselonada 2-3-cü pillələri ''Mersedes'' pilotları - uyğun olaraq Hemilton və Corc Rassel tutub. Bu uğur sayəsində ''Mersedes'' xalını 152-yə çatdıraraq konstruktorlar yarışında ''Aston Martin''i (134) geridə qoydu və 2-ci pilləyə yüksəlib.