''Ferrari''nin sahibi Frederik Vasser komandanın bu mövsümkü şansları ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, İtaliya təmsilçisi ''Formula-1''də 1 ilə yaxındı qələbəyə həsrətdi.

Sonuncu dəfə 1-ci yeri tutan ''Ferrari'' pilotu 2022-nin iyulunda Şarl Lekler olub. Vasserinin sözlərinə görə, 'hər zaman istər təsnifatda, istərsə də əsas yarışda qələbəyə oynayırlar: "Amma çalışmalıyıq ki, sabitlik yaxalayaq. Ən çətini məhz budu. Bəzi problemlərimiz var. Onları yoluna qoyan kimi əminəm ki, yenidən qələbələr qazanmağa başlayacağıq. Çatışmayan cəhətlərimizi bilirik. Yeniliklər və yeni qərarlar mütləq olacaq. Bu, qaçılmazdı. Bütün bunları etməyə başladıqdan sonra nəticələr düzələcək''.