Albaniya çempionatında XXI turun oyunları davam edir. Sport24.az xəbər verir ki, Zamiq Əliyevin formasını geydiyi "Eqnatiya" səfərdə "Tirana" ilə qarşılaşıb.

 

Qarşılaşma "Eqnatiya"nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zamiq bu oyunda meydana çıxmayıb. O, ehtiyatda qalıb.

 

Qeyd edək ki, "Eqnatiya" hazırda turnir cədvəlində 36 xalla liderdir.