"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib. Sport24.az "Corriere della Sera"-ya istinadən xəbər verir ki, Turin klubu artıq "Bolonya"ya başçılıq edən Tiaqo Motta ilə prinsipial razılığa gəlib.

 

"Qoca sinyora" Motta ilə "1+1" şərti iləmüqaviləyə razılaşıb. 41 yaşlı mütəxəssis illik 3,5 milyon avro maaş alacaq. 

 

Qeyd edək ki, hazırda "Yuventus"un "sükanı arxasında" Massimiliano Alleqridi. Komanda turnir cədvəlində 4-cü yerdədir.