"Yuventus" "Tottenhem"in hücumçusu Rişarlisonu transfer etmək imkanını dəyərləndirir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Turin təmsilçisi hücum xəttini gücləndirmək üçün müxtəlif variantlar üzərində işləyir. Klubun əsas hədəflərindən biri Randal Kolo Muani olsa da, Rişarlison da namizədlər sırasında yer alıb.

Məlumata görə, braziliyalı forvard karyerasını yenidən yüksəlişə keçirmək üçün yeni klub axtarışındadır. "Tottenhem"lə müqaviləsinin başa çatmasına bir il qaldığı üçün London təmsilçisi də onun ayrılmasına mane olmağı planlaşdırmır.

Qeyd olunur ki, "Yuventus" rəhbərliyi 28 yaşlı futbolçunun transferini münasib şərtlərlə reallaşdırmaq imkanını nəzərdən keçirir.