"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luis İngiltərəyə qayıdacaq. Sport24.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 27 yaşlı braziliyalının xidmətində "Nottingem Forest" maraqlıdır. Tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. Duqlas Luis karyerası ərzində artıq Premyer Liqada çıxış edib. O, "Mançester Siti" və "Aston Villa"nın formasını geyinib.
Qeyd edək ki, Luis 2024/25 mövsümündə bütün turnirlərdə 27 matça çıxıb. Onun "Yuventus"la müqaviləsi 2029-cu ilin yayında başa çatır.