"Mançester Yunayted"in futbolçusu Rasmus Hoylund karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Yuventus" klubu danimarkalı hücumçunun xidmətində maraqlıdır.

 

Bu barədə insayder Matteo Moretto məlumat yayıb. 22 yaşlı hücumçu "Yuventus"la yanaşı, "Napoli"nin də diqqət mərkəzindədir.

 

"Yuventus" artıq qeyri-rəsmi danışıqlara başlayıb. Klub yay transfer dönəmində 22 yaşlı futbolçunu Turinə gətirmək istəyir.

 

Hoylunda daha əvvəl İtaliyada "Atalanta"da çıxış edib. O, bu mövsüm "Mançester Yunayted"də 42 oyunda 8 qol vurub.