“Yuventus” Çempionlar Liqasında son 63 ildə ən ağır məğlubiyyətini alıb. Sport24.az xəbər verir ki, Turin təmsilçisi qrup mərhələsinin V turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzmaqla uzun fasilədən sonra belə rüsvay olub.
Belə ki, "Qoca Sinyori" qitənin ən nüfuzlu klub turnirində belə ağır məğlubiyyəti sonuncu dəfə 1958-ci ildə yaşayıb. Çempionlar kuboku adlanan həmin yarışda Avstriya “Viner”i “Yuventus”u 7:0 hesabı ilə darmadağın edib.
Ümumilikdə isə turinlilər son 17 ildə ilk dəfə 4 top fərqi ilə məğlub olub. Son dəfə bu, 2004-cü ilin fevralında “Roma”dan A Seriyasında 0:4 hesabı məğlubiyyət olmuşdu.