“Liverpul”un qış transferindəki əsas hədəfi açıqlanıb. Sport24.az xəbər verir ki, Mersisaydlılar Dortmund "Borussiya"sından Donyell Malenə elçi düşüb.
24 yaşlı vingerin oyununu yaxından izləyən Yurgen Klopp futbolçunun transferini rəhbərlikdən şəxsən xahiş edib. Almanlar niderlandlı oyunçunu 52 milyon funta satmağa hazırdırlar. Danışıqları davam etdirən Premyer Liqa klubu qiyməti aşağı salmağa çalışır.
Qeyd edək ki, 2021-ci ildən Dortmund “Borussiya”sının şərəfini qoruyan Malen bu mövsüm 7 matçda iştirak edərək 4 qol və 2 assistlə yadda qalıb.