Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son 10 ildə yetirmələrinin satışından ən çox qazanc əldə edən klubları açıqlayıb. Sport24.az xəbər verir ki, birinci sırada Portuqaliyanın "Benfika" klubu yer alıb.

 

Lissabon təmsilçisinin qazancı 589 milyon avro göstərilib.

 

İkinci sırada Niderland "Ayaks"ı yer alıb. "Narıncılar" akademiyasından çıxan oyunçuların satışından 454 milyon avro qazanıb.


"Üçlüy"ü İngiltərənin "Çelsi" klubu tamamlayır – 442 milyon avro.