Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Neymarı yayda keçiriləcək dünya çempionatı üçün yığmaya çağırmağı planlaşdırmır. Sport24.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

 

Ançelotti "Santos"da çıxış edən futbolçunun performansından razı deyil. O, Neymarın son oyunlarını izləyib və onun yığma üçün kifayət qədər yaxşı olmadığını düşünür.

 

33 yaşlı hücumçu bu mövsüm 6 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

 

Braziliya milli komandası ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialda C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

 

Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.