"Çelsi" Valentin Barkonun transferi ilə bağlı "Strasburq"la razılığa gəlib. Sport24.az Fransa mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi yay "transfer pəncərəsi"ndə London klubuna keçəcək.

 

"Çelsi" və "Strasburq" arasında sıx tərəfdaşlıq var. Fransa klubu da "Çelsi" kimi eyni investisiya şirkətinə - "BlueCo"ya məxsusdur. Bu tərəfdaşlıq hər iki istiqamətdə oyunçu transferlərini əhatə edir.

 

21 yaşlı Valentin Barko bu yaxınlarda Argentina millisinə dəvət alıb. Yarımüdafiəçi millinin heyətində Zambiya yığmasına qarşı oyunda (5:0) qol da vurub. 

 

Qeyd edək ki, Barko bu mövsüm "Strasburq"da bütün turnirlərdə 37 oyun keçirib, 2 qol və 9 məhsuldar ötürmə edib.