Yaponiya Futbol Assosiasiyası (JFA) Hajime Moriyasunu millinin baş məşqçisi vəzifəsində saxlamaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə assosiasiyanın rəsmi saytı məlumat yayıb. 

 

JFA Moriyasunun 2027-ci ilin yanvar-fevral aylarında keçiriləcək Asiya Kubokunun sonuna qədər postunda qalacağını açıqlayıb. Daha sonra onu Yaponiyanın 21 yaşadək futbolçulardan ibarət komandasının "sükanı arxasında" olan Qo Oiva əvəzləyəcək. 

 

Qeyd edək ki, Mroyasunun rəhbərlik etdiyi Yaponiya millisi son dünya çempionatında Brazliyaya (1:2) uduzaraq mübarizəni 1/16 final mərhələsində dayandırıb.