"Beşiktaş"ın prezidenti Serdal Adalı "Liverpul"un keçmiş hücumçusu Məhəmməd Salahın mümkün transferi ilə bağlı danışıqların təfərrüatlarını açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə "This is Anfield" nəşrinə danışıb:

 

"Salah transferə razılıq verib və agenti də keçid əvvəlcə müsbət yanaşdı. Lakin mediada müqavilənin artıq başa çatdığı xəbəri yayılar-yayılmaz agent komissiyasını inanılmaz məbləğə qədər artırıb. Biz inanmırıq ki, Salah bu rəqəmlərdən xəbərdardır".

 

Mətbuatda yayılan xəbərlərdə iyulun 1-dən azad agent olan 34 yaşlı misirlinin Türkiyə klubunda ildə 15 milyon avro maaş alacağı bildirilirdi.

 

Qeyd edək ki, Salah 2025/26 mövsümündə bütün turnirlərdə 41 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.