"Barselona"nın gənc hücumçusu Lamin Yamal "El-Klasiko" öncəsi "Real" haqda qalmaqallı açıqlama verib. Sport24.az xəbər verir ki, ondan "Real"ın İspaniyada keçirilən media-turnirdə yarışan "Porsinos" komandasına bənzəyib-bənzəmədiyi soruşulub.

 

Buna cavabında Yamal gülümsəyərək cavab verib: "Bəli, əlbəttə. Onlar fırıldaq edir və şikayətlənirlər".

 

 

Daha sonra ona "Real doğrudanmı fırıldaq edir?" sualı ünvanlanıb. Hücumçu gülərək qısa cavab verib: "Görəcəyik".

 

"Real"ının baş məşqçisi Xabi Alonso Lamin Yamalın sözlərinə cavab verib.

 

Alonso məsələni şərh edərkən sakit mövqe nümayiş etdirib:

 

"Mən detallara varmaq istəmirəm. "Barselona"da çox açıqlamalar verilir və hamısını qiymətləndirmək mənim işim deyil. Ən vacibi meydanda baş verənlərdir".

 

Qeyd edək ki, "Barselona" və "Real Madrid" La Liqanın 10-cu turunda qarşılaşacaq. Görüş oktyabrın 26-da keçiriləcək.