Hazırda icarə əsasında "Barselona"da çıxış edən "Mançester Yunayted"in hücumçusu Markus Reşford dünya futbolunun ən istedadlı oyunçuları haqqında danışıb. Sport24.az xəbər verir ki, ingilis futbolçu bu barədə ESPN-ə mini-müsahibə verib.
- Tarixin ən yaxşı bitirici futbolçusu?
- Kriştiano.
- Ən yaxşı qapıçı?
- Buffon.
- Ən yaxşı müdafiəçi?
- Mən Maldini seçəcəyəm.
- Ən yaxşı oyun qurucusu?
- Messi.
- Ən yaxşı driblinqçi?
- Ronaldo.
- Tarixin ən xarizmatik futbolçusu?
- Zlatan.
- La Liqa tarixinin ən yaxşı oyunçusu?
- Messi.
- Tarixin ən yaxşı futbolçusu?
- Məncə, bu, Messi və Ronaldodur. Çətindir.