Gürcüstanın Batumi şəhərində Avropa Atletika Assosiasiyasının Konqres Konvensiyası keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə və mütəxəssis Brendon İsakov iştirak ediblər.

 

Konqresdə Avropa Atletikasına üzv olan federasiyaların rəhbərləri ilə görüşlər keçirilib və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.