Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) IV turun daha iki oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçında "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma saat 14:00-da start götürəcək. "Sərhədçi" dörd xalla beşinci, Naxçıvan klubu 5 xalla B qrupunda dördüncü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Neftçi" "Abşeron Lions"la qarşılaşacaq. A qrupunda yer alan komandaların görüşü saat 18:00-da başlayacaq. "Abşeron Lions" bu qrupda 6 xalla ikinci, rəqiblərindən bir oyun az keçirən "ağ-qaralar" 3 xalla dördüncüdür.
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda "Sabah" "Gəncə"ni, "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81) məğlub edib.