Çempionşipində çıxış edən "Şeffild Uensdey"in turnir cədvəlindən 12 xalı silinib. Sport24.az "Sky Sport"a istinadla xəbər verir ki, bu, klubun xarici idarəetməyə verilməsi üçün ərizə ilə müraciət etməsi ilə bağlıdır.

 

Kreditorların təzyiqi nəticəsində klubun sahibi Deyfon Çansiri klubu xarici idarəetməyə vermək qərarına gəlib. Çempionatın başlamasına bir həftə qalmış komandanın futbolçuları maaşlarının ödənilməməsi barədə məlumat yayırdılar.

 

Klubun mətbuat xidmətinin məlumatına görə, Culian Pitts, Kris Uiqfild və Pol Stenli "Şeffild Uensdəy"nin administratoru təyin ediliblər.

 

Qeyd edək ki, "Şeffild Uensdey" Çempionşipin turnir cədvəlində sonuncu, 24-cü yerdə qərarlaşıb. 11 oyundan sonra komandanın hesabında - 6 (mənfi altı) xal var. Saut-Yorkşir qraflığının Şeffild şəhərini təmsil edən klubun əsası 1867-ci ildə qoyulub.