"Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo klubu 70 illik yubileyi münasibətilə təbrik edib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

"Ad günün mübarək, Əl-Nəsr! Hekayə davam edir və biz həmişəkindən daha güclüyük!" 

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu 1955-ci ilin oktyabrın 23-də təsis edilib.