"Barselona"nın futbolçusu Lamin Yamal Çempionlar Liqasında "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, ispan vinger 3:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Asanlıqla qalib gələ bilərdik, amma olmadı. İndi cavab matçı haqda düşünürük. Finala bir addımımız qalıb və hər şeyi etməliyik.
Qolum? Komandaya kömək etdiyim üçün şadam. Hər şeyimi verməyə çalışıram. Qələbə qazanmaq mühüm idi. Alınmadığı üçün bir az əsəbiləşdim".
Komandalar arasındakı cavab oyunu mayın 6-da olacaq.