"Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş İran çempionatında çıxış edə bilər. Sport24.az xəbər verir ki, "Persepolis" türk yarımmüdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə İran mediası məlumat yayıb.

 

"Persepolis"in baş məşqçisi İsmail Kartal "Fənərbaxça"da birlikdə çalışdığı Mert Hakanı yanına aparmaq istəyir. 30 yaşlı futbolçu özü də Tehran klubuna keçməyə isti yanaşır.

 

Qeyd edək ki, Mert Hakan Yandaş 2020-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.