Futbol maliyyəçisi Rob Uilson portuqaliyalı hücumçu Kriştiano Ronaldoya məsləhət verib. Sport24.az xəbər verir ki, o, İngiltərə mətbuatına açıqlamasında Ronaldoya "Çeltenhem" klubunu almağı təklif edib:
"Ronaldonun ingilis komandasına sərmayə qoymaması məni təəccübləndirir. "Çeltenhem" klubu möhtəşəm maliyyə dayanıqlılığına sahibdir və əla proyektləri var. Ronaldo bu klubu almamaqdan daha pis bir şey edə bilməz. Klub indi dəyərindən daha aşağı qiymətləndirilir, amma futbolda möhtəşəm bir addır".
"Çeltenhem" İngiltərə 4-cü liqasında mübarizə aparır.