Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb. Sport24.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv həlledici görüşdə turnirin ev sahibləri ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Penaltilər seriyasında daha dəqiq olan (3:1) Slovakiya seçməsi turnirin qalibi olub.