"Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqinin yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
58 yaşlı mütəxəssis Qətər millisinin baş məşqçisi təyin olunacaq. Bildirilir ki, Qətər Futbol Federasiyası Lopeteqi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalayacaq. Təyinatın bu həftə rəsmən açıqlanacağı da qeyd edilib.
Lopeteqinin son iş yeri bu ilin yanvarında ayrıldığı "Vest Hem" olub.
Qeyd edək ki, Qətər DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını İran və Özbəkistana qarşı keçirəcək. Görüşlər müvafiq olaraq mayın 5-də və 10-da oynanılacaq.
Qətər millisi 8 turdan sonra 10 xal toplayıb və sıralamada İran, Özbəkistan, BƏƏ-dən sonra 4-cü yerdə qərarlaşır.