Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, bu brədə UEFA-nın saytı məlumat yayıb.

 

Namizədlər Deklan Rays ("Arsenal"), Alessandro Bastoni ("İnter"), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovskidir ("Barselona").

 

Deklan "Real"la görüşdə, Levandovski "Borussiya" ilə oyunda dubl edib. Xviça "Aston Villa" ilə matçda 1 qol vurub. Bastoni isə "Bavariya" ilə qarşılaşmada öz oyunu ilə diqqət çəkib.

 

Qeyd edək ki, həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.