Argentina millisinin hücumçusu Xulian Alvares klub onu satmağa razılaşana qədər Madird "Atletiko"suna qayıtmaqdan imtina edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "ESPN Argentina" məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücumçu klub rəhbərliyinin ona hörmətsizlik etdiyini düşünür. Alvareslə klub arasında münasibətlərin tam pozulduğu bildirilir.
Münaqişə Madrid təmsilçisinin baş direktoru Migel Anxel Gilin bu yaxınlarda verdiyi açıqlamadan sonra daha da şiddətlənib. Gil dünya çempionatının finalından bir neçə gün əvvəl klubun argentinalı oyunçunu 100, 150 və hətta 200 milyon avroya satmaq niyyətində olmadığını açıqlayıb. Hücumçu isə bunu ona qarşı təzyiq kimi qəbul edib.
Qeyd edək ki, Xulian Alvaresin formasını geyindiyi Argentina millisi bu gün dünya çempionatının finalında İspaniya ilə üz-üzə gəlir.