"Mançester Siti" "Real" futbolçusunu transfer etməyə hazırlaşır. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" 22 yaşlı müdafiəçi Raul Asensionu bu ilin yayında almağı planlaşdırır.

 

Xosep Qvardiola şəxsən bu transferdə maraqlıdır. İngilislər futbolçunun müqaviləsində olan "50 milyon avro qarşılığında klubdan ayrıla bilər" şərtindən istifadə etmək istəyir.

 

Qeyd edək ki, bu mövsüm Raul "Real"ın heyətində 11 oyun keçirib və 1 məhsuldar ötürmə edib.