"Dinamo" baş məşqçisi Fabio Kannavaro ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, Zaqreb təmsilçisi italiyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib
Qeyd edək ki, Kannavaro ötən ilin dekabrında Xorvatiya klubunun baş məşqçisi təyin olunmuşdu. Paytaxt təmsilçisi ölkə çempionatında 28 turdan sonra 46 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.