"Bayer"dən ayrılan Xabi Alonso "Real"ın yeni baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, "Marca" nəşri mütəxəssisin təqdimat mərasiminin keçiriləcəyi vaxtı açıqlayıb.

 

Tədbir mayın 26-da klubun məşq bazasında olacaq.

 

43 yaşlı mütəxəssislə müqavilə 3 illik olacaq.

 

Xabi futbolçu kimi 2009-2014-cü illərdə "Real"da oynayıb. O, La Liqanı, 2 dəfə İspaniya Kubokunu, İspaniya Superkubokunu, UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb.