"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olmuş "Bayer"in baş məşqçisi Xabi Alonso heyəti yeni futbolçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, Bundesliqanın lideri İspaniyanın "Almeriya" klubunun yarımmüdafiəçisi Serxio Arribası transfer etməkdə maraqlıdı.

 

Artıq rərəflər arasında danışıqların başladığı bildirilib.

 

Arribas "Real"ın yetirməsidi, aşağı yaş qruplarından ibarət komandasında kapitan da olub. O, bu mövsüm "Almeriya"nın heyətində 18 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.