"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili La Liqanın 30-cu turunun "Real"la oyununda (2:1) penaltini dəf etməzdən əvvəl Vinisius Juniorla söhbətindən danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə insayder Fabrizio Romanoya açıqlama verib:

 

"Vinisiusla 50 avro mərc etdim ki, penaltini dəf edəcəm. Ancaq o, hələ də pulumu verməyib".

 

Qeyd edək ki, qarşılaşmanın 13-cü dəqiqəsində "Valensiya"nın qapısına penalti təyin olunub. "Nöqtə"yə yaxınlaşan Vinisius Junior şansını boşa verib. Onun zərbəsini Mamardaşvili qaytarıb.