"Napoli"nin hücumçusu, hazırda "Qalatasaray"da icarə əsasında çıxış edən Viktor Osimhen "Mançester Yunayted"ə keçidə razılıq verib. Sport24.az "Football Italia"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" nigeriyalı futbolçu ilə müqavilə şərtləri üzrə şifahi razılaşma əldə ediblər. 

 

Osimhen illik 15 milyon avro maaşla beş illik sözləşmə imzalamağa razılaşıb. Məlumata görə, "Mançester Yunayted" transfer üçün "Napoli"yə təxminən 60 milyon avro təklif etməyi planlaşdırır.

 

Ancaq İtaliya klubu çox güman ki, bu məbləğdən daha yüksək, təxminən 80 milyon avro tələb edəcək.