Gürcüstan millisinin sabiq futbolçusu Mixail Kavelaşvili ölkə prezidentliyinə namizəd olub. Sport24.az xəbər verir ki, bunu "Gürcü arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvili açıqlayıb.

 

O bildirib ki, 53 yaşlı futbol veteranı Gürcüstan prezidentliyinə namizəd irəli sürülüb. Bu vəzifəyə seçkilər dekabrın 14-də keçiriləcək.

 

Qeyd edək ki, Kavelaşvili  karyerası ərzində Tbilisi "Dinamo"sunun, Vladiqafqaz "Alaniya"sının, "Qrasshoppers"in və "Mançester Siti"nin də formasını geyinib. O, Gürcüstan millisində 46 oyunda 9 qola imza atıb.