Andrea Maldera tezliklə Ukrayna millisinin baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Ukrayna Futbol Assosiasiyası 54 yaşlı italyan mütəxəssislə danışıqları yekunlaşdırmaq üzrədir.
Bu, ölkənin milli komandasına ilk dəfə xarici məşqçi rəhbərlik edəcək.
Maldera 2016-cı ildən 2021-ci ilə qədər Ukrayna yığmasında Andrey Şevçenkonun köməkçisi olub. İtaliyalı mütəxəssis daha sonra "Brayton" və "Marsel"də Roberto De Zerbinin yardımçılarından biri kimi çalışıb.
Qeyd edək ki, Andrea Maldera aprelin 22-də Ukrayna millisindən ayrılan Sergey Rebrovu əvəz edəcək.