Hazırda UFC-nin ağır çəkidə (120 kq) çempionu 32 yaşlı ingilis Tom Aspinall bildirib ki, "Mançester Siti"nin oyunçuları arasında ən çox 25 yaşlı norveçli hücumçu Erlinq Haalandla məşq etmək istərdi. Sport24.az xəbər verir ki, o, bu barədə "TNT Sports" aaçıqlamasında bildirib:
"Mançester Siti"nin hansı futbolçusunu daha çox məşqə dəvət etmək istərdim? Çox güman ki, Erlinq Haalandla məşq etmək istərdim. Çünki o, elit oyunçudur. Ceyms Trafford deməyimi gözləyirdiniz? (gülür)"
Aspinalın növbəti döyüşü fransalı Siril Qane qarşı olacaq. Onların döyüşü oktyabrın 25-də BƏƏ-nin Abu Dabi şəhərində baş tutacaq.