Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə Bilbao "Atletik"i ilə üz-üzə gələcək.
Geridə qalan 2 turda maksimum xal toplayan ağdamlılardan fərqli Bask təmsilçisinin aktivində xal yoxdu.
"San Mames" stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, oyunun start fiti Bakı vaxtı saat 20:45-də səslənəcək.
Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. "Atletik" – "Qarabağ"
Hakimlər: İQOR PAYATS, Boyan Zobenitsa, İvan Mihali, Zdenko Lovriç (hamısı Xorvatiya).
VAR: İvan Bebek (Xorvatiya)
AVAR: Fedayi San (İsveçrə)
"San Mames" stadionu.