Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, ağdamlılar Liqa mərhələsinin III turunda İspaniyada "Atletik"lə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Bilbao təmsilçisinin U-19 komandası 6 xalla 6-cı, hər iki görüşdə uduzan "köhlən atlar" 35-cidir.
Bu gün həmçinin "Sabah"ın U-19 kollektivi də UEFA Gənclər Liqasında ilk oyununu keçirəcək. "Bayquşlar" Fransada "Nant"ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək