"Qarabağ" bu gün keçiriləcək matç üçün azarkeşlərə səslənib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İspaniyanın "Atletik" klubu ilə səfər matçı üçün vauçer əldə etmiş azarkeşlər oyun günü yerli vaxtla saat 15:30-dan 17:30-a kimi "Euskalduna Conference Centre"dən (Euskalduna Conference Centre) biletlərini əldə edə bilərlər.

 

Vauçerlərin biletə dəyişdirilməsi zamanı şəxsiyyəti təsdiq edən sənədin üzərinizdə olması vacibdir.

 

Azarkeşlərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində təyin olunmuş əraziyə yaxınlaşaraq vauçerlərini biletə dəyişsinlər.

 

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.