"Abşeron Lions" basketbol komandası bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi "Trefl"lə üz-üzə gələcək.
Bakı İdman sarayında keçiriləcək oyun saat 19:00-da başlayacaq. Qrupun digər görüşündə Azərbaycan təmsilçisi "Neftçi" ötən gün Bakıda Estoniya "Kalev"ini 95:84 hesabı ilə üstələyib.
Qeyd edək ki, "Abşeron Lions" ilk qarşılaşmada "Kalev"ə 85:93 hesabı ilə məğlub olub.