Avro-2024-də milli komandaların sifariş ərizəsinə daxil edilən oyunçuların sayını artırıla bilər.  Sport24.az xəbər verir ki, bu barədə İspaniyanın "Athletic" saytı məlumat yayıb.

 

Hazırda məşqçilər korpusu final mərhələsinə üçün heyətə yalnız 23 futbolçu dəvət edə bilər. Lakin qarşıdakı yarışda UEFA-nın bu rəqəmi 26 futbolçuya çatdıracağı istisna olunmur.

 

Qeyd olunur ki, UEFA bəzi milli komanda rəhbərlərinin, o cümlədən ingiltərəli Qaret Sautqeytin bununla bağlı istəklərini nəzərə alıb. Qurum bu məsələni müzakirə etmək üçün digər iştirakçı komandaların rəhbərliyi görüş keçirməyi planlaşdırır.

 

"İştirakçı komandalarla görüş aprelin 8-də keçiriləcək, daha sonra UEFA məşqçilərin fikirlərini dinləyəcək. Bundan sonra bununla bağlı istənilən ideya nəzərdən keçiriləcək və sonra buna uyğun qərar veriləcək", - deyə mənbə UEFA nümayəndəsindən sitat gətirib.

 

Xatırladaq ki, Avro-2024 14 iyun - 14 iyulda Almaniyada keçiriləcək.