Keçən həftə mətbuatda UEFA-nın İsrailin rəsmi turnirlərdən çıxarıla biləcəyinə dair məlumatlar yayılmışdı. Buna səbəb kimi ölkənin Qəzzada keçirdiyi hərbi əməliyyat göstərilmişdi. Sport24.az xəbər verir ki, "The Jerusalem Post"un məlumatına görə, məsələ ilə əlaqədar UEFA İsrail Futbol Assosiasiyasına məktub göndərib.

 

Məktubda qeyd olunub ki, ölkəyə beynəlxalq yarışlarda iştirakla bağlı heç bir qadağa tətbiq etmək planlaşdırılmır. 

 

O da bildirilib ki, ümumiyyətlə İsrail komandalarına dair səsvermə gündəmdə deyil.