"Qarabağ"ın böyük turnirdə iştirak etməsi sevindirici haldır". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

 

Təcrübəli mütəxəssis Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

 

"Bu matça məsuliyyətli yanaşırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Kopenhagen" ciddi rəqibdir".

 

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.