UEFA-nın 51-ci Konqresi Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

 

Tədbir 2027-ci il martın 4-də baş tutacaq. Bu barədə qərar hazırda Belçikanın paytaxtı Brüsseldə baş tutan 50-ci Konqresdə qəbul olunub.

 

Qeyd edək ki, UEFA-nın 51-ci Konqresində quruma prezident seçkiləri keçiriləcək. Bundan əlavə, Avropa futbolunun gələcək istiqamətini müəyyən edəcək qərarlar qəbul olunacaq.