"Zirə" yeni futbolçuyla anlaşıb. Sport24.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Rəşad sadıqovun komandası Anatoli Nuriyevi heyətinə qatıb.
Hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, milli komandamızın da üzvü olan Nuriyev daha əvvəl Ukraynanın "Hoverla", "Munkaç", "Seredniye", "Stal", "Minay", "Kolos", ölkəmizdə isə "Sumqayıt", və "Sabah" klublarında çıxış edib.