"Əl-Hilal" hücumçu Darvin Nunesi çempionat oyunları üçün iştirak ərizəsinə daxil etməyib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Uruqvaylı forvardın heyətə daxil edilməməsinin səbəbi "Əl-İttihad"dan Kərim Benzemanın transfer edilməsidir. Nunes Səudiyyə Ərəbistan Pro Liqasının ikinci yarısının oyunların meydana çıxmayacaq. 26 yaşlı futbolçu yalnız Asiya Çempionlar Liqası matçlarında meydana çıxa biləcək.

 

Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunesi mövsümün əvvəlində "Liveerpul"dan 53 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü "mavi dalğa"nın heyətində meydana çıxdığı 23 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.