Bu gün UEFA Millətlər Liqasının püşkatması həyata keçirilib. Sport24.az xəbər verir ki, tədbir Belçikanın paytaxtı Brüsseldə keçirilib və Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

 

 

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və A millinin direktoru İlqar Qurbanov iştirak ediblər.

 

Mərasimdə Azərbaycan yığmasının rəqibləri də müəyyənləşib. Ayxan Abbasovun baş məşqçilik etdiyi millimiz D Liqasının 1-ci səbətində yer alıb. Yığmamız D Liqasının 2-ci qrupunda yer alıb. Komandamız bu mərhələdə Litva və Lixtenşteyn seçmələri ilə mübarizə aparacaq. Qaydalara əsasən, D liqasında hər birində 3 komanda olmaqla, 2 qrup formalaşdırılacaq. Hər kollektiv isə öz qrupunda 4 oyun keçirəcək.

 

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 24-də start veriləcək.

 

UEFA Millətlər Liqasının 2026/2027 mövsümü

 

A liqası

 

1-ci qrup: Fransa, İtaliya, Belçika, Türkiyə

 

2-ci qrup: Almaniya, Niderland, Serbiya, Yunanıstan

 

3-cü qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya

 

4-cü qrup: Portuqaliya, Danimarka, Norveç, Uels 

 

B liqası

 

1-ci qrup: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya

 

2-ci qrup: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya

 

3-cü qrup: İsrail, Avstriya, İrlandiya, Kosovo

 

4-cü qrup: Polşa, Bosniya və Herseqovina, Ruminiya, İsveç

 

C Liqası

 

1-ci qrup: Albaniya, Finlandiya, Belarus, San-Marino

 

2-ci qrup: Monteneqro, Ermənistan, Kipr, Latviya/ Cəbəllütariq cütünün qalibi

 

3-cü qrup: Qazaxıstan, Slovakiya, Farer adaları, Moldova

 

4-cü qrup: İslandiya, Bolqarıstan, Estoniya, Lüksemburq/Malta cütünün qalibi

 

D Liqası

 

1-ci qrup: Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu, Andorra

 

2-ci qrup: Litva, Azərbaycan, Lixtenşteyn