Azərbaycan Basketbol Liqasında 17-ci turun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, günün yeganə matçında "Naxçıvan" "Sumqayıt"ın qonağı olub.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan matç "Naxçıvan"ın 110:107 hesablı qələbəsi ilə bitib.
Tura fevralın 14-də yekun vurulacaq. Ötən gün "Sərhədçi" səfərdə "Lənkəran"ı məğlub edib – 83:69.